Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bütün neqativ hallar sığorta bazarından yığışdırılacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bütün neqativ hallar sığorta bazarından yığışdırılacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, müxtəlif vasitələrlə avtomobil sahiblərinin nömrələrini əldə edərək onları sığorta ilə bağlı bezdirən sığortaçı qızlar yeni satış üsuluna başlayıb. İndi də sürücüləri şantaj edərək sığorta satmağa çalışırlar.

 

Maliyyə Bazarlarına Nəzarət Palatası sürücülərin şantaj edilməsi, o cümlədən avtomobil sahiblərinə aid məlumat bazasının sığortaçıların əlinə keçməsi məsələsinə aydınlıq gətirib. MBNP-dən bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən sığorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları qorumalı və həmin məlumatları Qanunda nəzərdə tutulan hallardan başqa digər şəxslərə açıqlamamalıdırlar.



“Sürücüləri şantaj edən sığortaçıların lisenziyası ləğv ediləcək”

 

Bu Qanunun tələbinə riayət olunmadıqda maliyyə bazarlarına nəzarət orqanı  verilmiş lisenziyanı ləğv edir.  Palatadan bildirilib ki, qurum sığorta bazarında daim monitorinq həyata keçirilməsi üçün monitorinq qrupu yaradıb. Bundan əlavə, qeyd edilən məsələ ilə bağlı Palataya daxil olan şikayətlər dərhal araşdırılır və sığorta qanunvericiliyinin pozulması faktı aşkar edildikdə bu nöqsanın aradan qaldırılması üçün müvafiq nəzarət tədbirləri həyata keçirilir.  

 

 Palata: “Şantaj edilən sürücülər polisə müraciət etsin”

 

Palata eyni zamanda avtomobil sahiblərinə müraciət edərək bildirir ki, onlara məxsus olan sığorta sirri məlumatlarının sığorta bazarının peşəkar iştirakçıları tərəfindən yayılması halı ilə rastlaşdıqda dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsinlər: “Hər bir müraciət dərhal araşdırılacaq. Əgər qeyd edildiyi kimi, sığorta bazarının peşəkar iştirakçısı tərəfindən sığorta sirri hesab edilən məlumatın qorunması tələblərinin pozulması faktı müəyyən edilərsə həmin şəxsin lisenziyası məcburi qaydada ləğv ediləcəkdir”. Həmçinin şantaj və ya bu kimi digər sığorta fəaliyyəti üzrə Palatanın mandatına aid olmayan hallar yarandıqda hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyə edilir.

 

“Palata icbari avtosığorta üzrə məlumat bazasına sahib deyil”

 

Sorğuya cavab olaraq Palatadan o da bildirilib ki, qurum avtomobillərin icbari sığortası üzrə sığortalılara məxsus olan müqavilə məlumatlarına malik deyildir. Bununla əlaqədar, müvafiq məlumatların Palata tərəfindən üçüncü şəxslərə verilməsi mümkün deyildir.

 

Bundan əlavə MBNP-dan bildirilib ki, hazırda sığorta bazarında 758 sığorta agenti fəaliyyət göstərir. Palata ümumilikdə bu kimi qeyri-sağlam fəaliyyətin qarşısını  almaq üçün konkret addımlar atmağa başlayıb. Avtomobillərin icbari sığortasında mövcud sistemin təkmilləşdirmə prosesi  gedir. Qarşıdakı bir neçə ay ərzində bütün neqativ hallar sığorta bazarından yığışdırılacaq.

 

© Fins

14.02.2018 12:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ