Həccdə ölən zəvvarın ailəsinə kompensasiya ödəniləcək - MƏBLƏĞ

Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək.

 

Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.

 

Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla ziyarət bitdikdən sonra 2 aydan çox olmamaq şərti ilə müalicə üçün 2 000 manatdək maddi yardım ediləcək.

 

Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.

 

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

 

Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir.

 

© APA

14 Fevral 2018 , 15:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin