Mal əti adı altında satmaq istəyirdi, amma yaxalandı

Fevralın 14-də daxil olmuş məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı Balakən rayonunun Qabaqçöl qəsəbə sakini Nurullah Nurəddin oğlu Cirinqovun həyətinə baxış keçirilmişdir.

 

Xidmətdən "Marja"ya daxil olmuş məlumata görə, baxış zamanı Nurulla Cirinqova məxsus həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, ağacdan asılmış, dərisi yarımçıq soyulmuş və sağlamlığına dair heç bir sənədi olmayan 1 baş atın cəmdəyi, arxa ətrafları və 1 ədəd at başı aşkar edilmişdir.

 

Həyətində at kəsimi aparan Nurullah Cirinqova söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olduğunu etiraf etmiş və həmin ətləri mal əti adı altında satmaq istədiyini bildirmişdir.

 

Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

 

Balakən rayonu sakini Nurullah Cirinqova məxsus və onun tərəfindən kəsilmiş təxmini 95 kq çəkisində olan at ətinin müayinəsi başa çatana kimi, at cəmdəyi saxlama kamerasına yerləşdirilmişdir.

 

Bu hadisə ilə bağlı materiallar toplanaraq araşdırımalar aparılması üçün Balakən Rayon Polis Şöbəsinə göndəriləcəkdir.

 

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcəkdir.

14 Fevral 2018 , 16:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin