Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftçala avtomobil zavodunda avadanlıqların quraşdırılmasına başlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftçala avtomobil zavodunda avadanlıqların quraşdırılmasına başlandı

Neftçala Sənaye Məhəlləsində “Azərmaş” MMC ilə İranın “İran Khodro” şirkətinin birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun tikintisi başa çatmaq üzrədir. Artıq “İran Khodro” şirkətinin mütəxəssislərdən ibarət mühəndis heyəti Neftçaladadır. Onlar yığım xətti üzrə avadanlıqları quraşdırmağa başlayıblar. Zavodun bu il martın sonlarınadək istifadəyə verilməsi gözlənilir.

 

Təməli 2017-ci ilin avqust ayında qoyulan zavodun tikintisində inşaat işlərinin 95 faizi görülüb.

 

Sahə rəisi Mehdi Hacıyev bildirib ki, bütün binalarda tikinti-quraşdırma işləri başa çatdırılıb və son tamamlama işləri görülür. Hazırda binaların elektrik enerjisi ilə təminatı üçün kabellər çəkilir, paylayıcı avadanlıqlar və yığım sexində texnoloji xəttə aid konstruksiyalar quraşdırılır. Mexaniki layihələr üzrə işlər də tezliklə başa çatdırılacaq.

 

İstehsal gücü ildə 10 min avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

 

Qeyd edək ki, dəyəri 15 milyon ABŞ dolları olan layihə üzrə müvafiq anlaşma memorandumları ötən ilin aprelində imzalanıb. İyun ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Bu avtomobillər əsasən yerli bazarda satışa çıxarılacaq. Xarici ölkə bazarlarına çıxış imkanları da araşdırılır. Bu istiqamətdə bir neçə ölkə, o cümlədən Rusiya ilə danışıqlar aparılır.

 

Müasir texnologiyalar əsasında qurulan “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodunda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.

 

© Azərtac

14.02.2018 14:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ