Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kritik məlumatlar açıqlandı - DOLLAR BAHALAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kritik məlumatlar açıqlandı - DOLLAR BAHALAŞDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da istehlakçı qiymətləri indeksi (inflyasiya) Yanvar ayında gözləntilərin üzərində artıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiya aylıq müqayisədə 0.5% artıb. İllik artım isə 2.1% olub. Ərzaq və enerji qiymətləri daxil olmayan baza inflyasiya da aylıq 0.3%, illik 1.8% artıb.
 

Proqnozlar inflyasiyanın aylıq 0.3%, illik 1.9%, baza inflyasiyanın da aylıq 0.2%, illik 1.7% artacağı istiqamətində idi. Beləliklə, inflyasiya proqnozlardan yüksək artıb.
 

Dollar, proqnozları üstələyən inflyasiya rəqəmlərindən sonra kəskin yüksəlib.
 
 
 Avro/dollar məzənnəsi 0,5% düşərək 1.2293 səviyyəsinə geriləyib (Dollar bahalaşıb, Avro ucuzlaşıb).

 

ABŞ valyutasının mühüm valyuytalar qarşısında dəyərini təqib edən Dollar indeksi 0,4% qalxaraq 90.05 səviyyəsinə çıxıb. Ötən həftələrdə indeks 88 səviyyələrinə düşmüşdü.

 

İnflyasiyada artım, 5 ayın ən böyük artımı kimi qeydə alınıb. 

 
Bu rəqəmlər, Fed-in proqnozlardan daha sürətlə faiz artıracağı gözləntilərini gücləndirib. Ötən ay güclü artan maaşlardan sonra bu il sürətli faiz artımı olacağı narahatçılığı artmış, bu vəziyyət istiqraz faizlərində yüksəlişə və səhm bazarlarında (birjalarda) isə sərt satış dalğasına səbəb olmuşdu.


 
İqtisadçılar Fed-in Mart ayında faiz artıracağına qəti baxırlar.

 

İnvestorlar Fed-in bu il bəyan etdiyi kimi 3 dəfə deyil, 4 dəfə faiz artıra biləcəyindən narahatdırlar. Fed-in faizləri artırması Dolların daha da bahalaşmasına, səhm, neft və qızılın ucuzlaşmasına səbəb ola bilər.

14.02.2018 14:41

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ