Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kapital Bank-ın yeni Şimal filialı istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın yeni Şimal filialı istifadəyə verildi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni Şimal filialını istifadəyə verib.

 

Reklam_3_11

Yeni konsepsiya əsasında təqdim edilən filial Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərir.

 

Filial bazar ertəsi–cümə günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.


Kapital Bank-ın yeni konsepsiya əsasında təqdim edilən Şimal filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.


Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari ildə Bakı və regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq cari ildə Kapital Bank-ın Füzuli filialının köçürülməsi və yeni Bravo-2 filialının açılışını qeyd etmək olar. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 94 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. 

15.02.2018 06:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ