Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu il böhran başlaya bilər - "DAHA FƏLAKƏTLİ OLACAQ"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il böhran başlaya bilər - "DAHA FƏLAKƏTLİ OLACAQ"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya şöhrətli milyarder, məşhur investor, Corc Sorosun keçmiş tərəfdaşı Cim Rocers (Jim Rogers), "Növbəti "ayı" bazarı, 75 illik həyatımda gördüyüm hər hansı bir tənəzzüldən daha fəlakətli olacaqdır" deyərək son dövrün ən sərt fəlakət xəbərdarlığını edib.



 
"Rogers Holding"in  İdarə Heyətinin sədri Cim Rocers, böhran ehtimalı, qızıl, Bitcoin və faizlərin gələcəyini qiymətləndirib.

Reklam_3_11

 

"Olduğu zaman çox pis bir "ayı" bazarı olacaqdır" deyən Rocers, bu böhran şəraitinin hələ başlamadığını deyib. 

 

Son 2-3 həftədir qlobal bazarlarda baş verən sərt satışın bu böhranın başlanğıcı olub-olmadığını deməyin çətin olduğunu da bildirən amerikalı milyarder, "Yəqin ki, bazar, bir müddət daha yuxarı istiqamətli gedəcəkdir (qiymətlər yüksələcəkdir). Amma böhranın bu il ərzində başlaması mümkündür",- deyib.


 
 1- Böhran bu il başlaya bilər
 
 2- Qızıl və gümüş kəskin bahalaşacaqdır
 
 3- Kriptovalyutaların çoxu "öləcək"
 
 4- Faizlərdə "öküz" bazarı davam edəcək


100 000 DOLLAR İLƏ FOREKSİ ÖYRƏN

 

Yenidən bir "ayı"bazarı və yenidən maliyyə problemləri baş verəcəyini vurğulayan Rocers, Amerika Mərkəzi Bankının (Fed) bu fikrə qarşı çıxdığını deyib: "Onların yanıldığını düşünürəm. 2008-də yüksək borclara görə bir böhran yaşadıq. 2018-də də dünyanın hər yerində borc daha da çoxdur. Bir daha baş verəcək böhran, həyatımda gördüyüm ən böyük böhran olacaq. Bu, çox təəccüblü deyil. Tarixə nəzər saldıqda görə bilərik" ifadələrini istifadə edib.

 

"BÖHRAN BU İL BAŞLAYA BİLƏR"

 

"Olduğu zaman, çox pis bir "ayı" bazarı olacaqdır" deyən Rocers, bu böhran şəraitinin hələ başlamadığını deyib. Son 2-3 həftədir qlobal bazarlarda baş verən sərt satışın  bu böhranın başlanğıcı olub olmadığını deməyin çətin olduğunu da bildirən amerikalı milyarder, "Bəlkə Fed faizləri artırdıqdan sonra ABŞ-da bir "ralli" olacaqdır. Yəqin ki, bazar, bir müddət daha yuxarı istiqamətli gedəcəkdir. Amma böhranın bu ilin ərzində başlaması mümkündür" deyib.

 

"2008-də bazarlar çökəndə (2008 böhranı) qızıl çox aşağı düşmüşdü. Mən o zaman qızıl almışdım" deyən Rocers, qızıl və gümüşün çox kəskin bahalaşacağını, hətta bir "köpük" də ola biləcəyini qeyd edib.

 

Bitcoin üçün çox sərt bir ucuzlaşma nəzərdə tutan Rocers, "Kriptovalyutalarda ən yüksək səviyyəni gördüyümüzü düşünürəm. 10 il əvvəl bu pullar yox idi, indi 2 mindən çoxdur. Bir "köpük" olduğunu və kripto pulların çoxunun həyatda olmayacağını hesab edirəm" deyib.
 
 
 "FAİZLƏR DAHA DA YUXARI QALXACAQ


 
Rocers, "Xüsusilə uzunmüddətli faiz dərəcələri yüksələcək. 1981-ci ildə faiz nisbətləri dibə düşdü. Faiz nisbətlərində 35 illik bir "öküz" bazarı görürük.  Bu yenə də olacaq. Çox uzun bir müddət faiz nisbətlərində və istiqrazlarda "öküz" bazarı görəcəyik. Daha da yuxarı qalxacaqlar" deyib.

15.02.2018 06:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ