Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır

Fevralın 28-də “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “Microsoft” İnnovasiya Forumu keçiriləcək.

 

Forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və çoxlu sayda İT şirkətləri, startapları bir araya toplayacaq. Tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edəcək.

 

““Microsoft” İnnovasiya Forumu müasir texnoloji yenilikləri əhatə edəcək yeni layihəmizdir. Forumda bizim ən son məhsullarımızı, bulud texnologiyalarımızı təqdim edəcəyik, “Microsoft”un təcrübəsi ilə bölüşəcəyik. Qeydiyyatımız artıq başlayıb və deyə bilərəm ki, tədbirdə Azərbaycanın gənc İT şirkətlərinin, xarici ekspertlərin iştirakını gözləyirik. Bu forum həmdə, bizimlə və digər şirkətlərlə əməkdaşlıq üçün yaxşı platformadır” - deyə, “Microsoft Azerbaijan”nın baş direktoru Sərxan Həşimov bildirib. 

 

İnnovasiya Forumu fevral ayının 28-i saat 14:00-da “Hilton” mehmanxanasında baş tutacaq. Forumda iştirak qeydiyyat əsasında aparılır. Tədbir haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün qeyd olunan linkdən istifadə edin: www.aka.ms/innovationaz

 

“Microsoft” Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. “Microsoft Azerbaijan”nın əsas məramı Azərbaycanın tam potensialını həyata keçirilməsinə dəstək göstərməkdir. Təmsilçiliyin məqsədi “Microsoft” Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir. 

15.02.2018 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ