Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Tezliklə “Şahdəniz-2”dən qazın borulara ötürülməsinə başlanacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tezliklə “Şahdəniz-2”dən qazın borulara ötürülməsinə başlanacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

 

Reklam_3_11

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olunub.

 

Prezident İlham Əliyev ötən ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi”nin müddətinin uzadılması mərasimində Berat Albayrak ilə görüşünü xatırlayıb və TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğulayıb. Dövlət başçısı tezliklə “Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirib.

 

Nazir Berat Albayrak “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının önəmini qeyd edib. O, ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanıldığını deyib.

15.02.2018 09:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ