Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İbrahim Alışov “MasterCard"ın yeni Baş menecerilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İbrahim Alışov “MasterCard"ın yeni Baş menecerilə görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Baş icraçı direktoru İbrahim Alışovun “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Türkiyə Respublikası və Azərbaycan Respublikası üzrə yeni təyin edilmiş Baş meneceri Yigit Çağlayan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

 

Reklam_3_11

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə nağdsız ödənişlər və ödəniş kartları sahəsində cari vəziyyət və inkişaf tendensiyaları, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində 2017-ci il ərzində həyata keçirilən layihələr müzakirə edilib.

 

Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə Palatanın Baş icraçı direktoru İ. Alışov bank sistemində rəqəmsal transformasiyasının sürətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini, elektron ödənişlərdə innovasiyaların tətbiqinin zəruri olduğunu qeyd edib. Həmçinin, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının mühüm iştirakçısı kimi aparıcı rolunu və cəlb olunduğu layihələrin iqtisadi əhəmiyyətini vurğulayıb.

 

Görüş zamanı cari il ərzində ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması, innovativ ödəniş texnologiyalarının və həllərinin tətbiqinin genişləndirilməsi, maliyyə sektorunda çalışan mütəxəssislərin nağdsız ödənişlər sahəsində mövcud potensialının daha da təkmilləşdirilməsi, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş digər prioritet istiqamətlər üzrə birgə fəaliyyətin zəruriliyi qeyd edilərək, əməkdaşlığın bundan sonra daha sıx formada davam etdiriləcəyinə əminlik ifadə edilib.

15.02.2018 09:33

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ