Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Məşhur şokolad istehsalçısı çətin vəziyyətdə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur şokolad istehsalçısı çətin vəziyyətdə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Adı şokoladları ilə məşhurlaşmış, İsveçrənin ərzaq istehsalçısı Nestlé satış hədəflərinə çatmaqda çətinlik çəkir.
 

"Marja" xəbər verir ki, 2017-ci ildə Nestle-nin xalis satışları 2,6 faiz artıb. Analitiklər satışın 2,4 faiz artacağını gözləyirdilər.
 

2016-da Nestlé-nin satışları 3,2% artmışdı. Bu nisbət 1990-cı ilin ortalarından bu yana ən zəif nəticə idi. 2017-ci ilin nəticəsi bu süqutun daha da dərinləşdiyini ortaya qoydu.
 

Nestle-nin İcraçı direktoru Mark Schneider, "Avropa və Asiyadakı satışlar cəsarətvericidir, ancaq Şimali Amerika və Braziliya bazarları çətin görünməyə davam edir" deyib.

 

2017-ci ildə Nestlé-nin dövriyyəsi 96,9 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti isə 15,8 faiz azalma ilə 7,76 milyard dollar olub.
 

Nestle, 2017-nin İyun ayında ABŞ-dakı şirniyyat biznesini İtalyanın "Ferrero" şirkətinə 2,8 milyard dollara satmışdı.

15.02.2018 12:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ