Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Karqo qiymətləri qaldırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Karqo qiymətləri qaldırılır


Türkiyədən Azərbaycana yükdaşıma (karqo) qiymətlərinin qalxacağı bildirilir. 

 

Bu barədə "Marja"ya Türkiyədən Azərbaycana mal idxal edən ticarətçilər bildiriblər. 

 

Karqo qiymətlərinin qalxması, Azərbaycan bazarında bir sıra Türkiyə mallarının bahalaşmasına səbəb ola bilər.

 

Mövzu ilə əlaqədar olaraq nəqliyyat şirkətləri ilə əlaqə saxladıq. 

 

Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən "Polar Kargo" şirkətinin Türkiyə ofisindən "Marja"ya bildirildi ki, məlumat doğrudur:


"Azərbaycan gömrüyü yeni sistemə keçir, eyni zamanda, gömrük rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlər və alınan digər haqlar artırılıb. Bu səbəbdən karqo qiymətlərinin qalxacağı gözlənilir. Bazar ertəsi (19 Fevral 2018) günü tam olaraq bizim mövqeyimiz aydınlaşacaqdır".

 

Türkiyədən Azərbaycana karqo daşımaları ilə məşğul olan bir çox şirkətin qaldırılmış qiymətlər ilə sifarişlər qəbul etməyə başladığı, bir sıra şirkətin isə müvəqqəti olaraq sifariş qəbul etməyi dayandırdığı bildirilir.

 

Qeyd edək ki, karqo daşımaları ilə məşğul olan şirkətlər gömrük rəsmiləşdirməsini də özləri həyata keçirərək, malı qapıda müştəriyə təhvil verirlər. Bu baxımdan "rastamoşka"nın qalxması xidmət haqqının da qalxmasına səbəb olur.

15.02.2018 15:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ