Ən yuxarı statik reklam-3_3

Azərbaycan iqtisadiyyatında yeni ilin ilk artımı - AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatında yeni ilin ilk artımı - AÇIQLANDI

2018-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6 milyard 49,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Reklam_3_11

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9 faiz artmış, neft sektorunda isə 0,5 faiz azalmışdır.

 

Əlavə dəyərin 48,4 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 15,8 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil etmişdir.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olmuşdur.

 

Göstəricinin adı

2018-ci ilin yanvar ayı, faktiki

2018-ci ilin yanvar ayı 2017-ci ilin yanvar ayına nisbətən, faizlə

Məlumat üçün:
2017-ci ilin yanvar ayı 2016-cı ilin yanvar ayına nisbətən, faizlə

Ümumi daxili məhsul, milyon manat

6049,5

102

100,8

o cümlədən qeyri-neft ÜDM

3278,8

103,9

101,5

Əhalinin hər nəfərinə düşən ÜDM, manat

618,5

101,1

99,7

Sənaye məhsulu, milyon manat

3938,1

101,5

101

o cümlədən qeyri-neft sənayesi

762,2

108,7

113

Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat

960,3

94,5

97,9

o cümlədən tikinti-quraşdırma işlərinə

695,7

97

93,6

Kənd təsərrüfatı məhsulu, milyon manat

288,8

104,3

103,5

o cümlədən:

bitkiçilik

8,5

133,5

133,2

heyvandarlıq

280,3

103,6

102,9

Nəqliyyat sektorunda yük daşınması, milyon ton

16,9

100,3

105,3

Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin

143,7

101,6

102,7

İnformasiya və rabitə xidmətləri, milyon manat

141,8

116

97

Pərakəndə ticarət dövriyyəsi, milyon manat

2794,6

102,4

101,3

Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat

737,5

101,3

97,3

Dövlət büdcəsinin gəlirləri, milyon manat

1393,1

112

92,1

Dövlət büdcəsinin xərcləri milyon manat

976,5

105,6

179,1

Dövlət büdcəsinin profisiti, milyon manat

416,6

x

x

Əhalinin nominal gəlirləri, milyon manat

3882,3

111,7

104,6

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər, manat

396,9

110,7

103,4

Əhalinin banklardakı əmanətləri, 2018-ci il 01 yanvar vəziyyətinə, milyon manat

7561,2

101,5

78,6

Kredit qoyuluşları, 2018-ci il 01 yanvar vəziyyətinə, milyon manat

11757,8

71,5

75,7

o cümlədən vaxtı keçmiş kreditlər

1626,7

110,5

97,6

Orta aylıq nominal əmək haqqı, manat

528,2*

105,7**

107,0***

İstehlak qiymətlərinin indeksi

x

105,5

111,9

Əhalinin sayı, 2018-ci il 01 yanvar vəziyyətinə, min nəfər

9898,1

100,9

101,1

Xarici ticarət dövriyyəsi1), mlyn. ABŞ $

faktiki qiymətlərlə

24 257,6*

112,3**

83,7***

müqayisəli qiymətlərlə

x

89,3**

92,7***

o cümlədən: ixrac

faktiki qiymətlərlə

15 475,6*

118,1**

79,0***

müqayisəli qiymətlərlə

x

92,9**

94,4***

ondan qeyri-neft ixracı

faktiki qiymətlərlə

1 538,4 *

124,4**

78,2***

müqayisəli qiymətlərlə

x

122,2**

83,6***

idxal

faktiki qiymətlərlə

8 782,0*

103,5**

92,1***

müqayisəli qiymətlərlə

x

83,9**

89,6***

Qeyd:

* 2017-ci ildə

** 2017-ci il 2016-cı ilə nisbətən.

***2016-cı il 2015-ci ilə nisbətən.

1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla.

15.02.2018 15:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ