Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pulsuz sərnişindaşıma planı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pulsuz sərnişindaşıma planı

Avropa ölkələri hava çirkliliyinin artması səbəbindən dizel avtomobillərin satışını növbəti  illərdə qadağan etmək qərarı vermişlər. "Marja" xəbər verir ki, Almaniya pulsuz sərnişindaşıma planı ilə bir addım önə keçməyə hazırlaşır. 

 

5 pilot şəhərdə həyata keçiriləcək plan Avropa Birliyi Komissiyasına da göndərilib. Uğurlu olunduğu təqdirdə pulsuz sərnişindaşıma fikri bütün Avropa Birliyi ölkələrinə yayıla bilər.


 
Almaniya mediasında çıxan xəbərlərə görə, ölkədə hava çirklənməsinin ən yüksək olduğu 5 rayonda pilot olaraq pulsuz sərnişindaşıma layihəsinin həyata keçirilməsi düşünülür.
 


Bu plan ilə yollarda avtomobil sayının və havadakı zəhərli maddələrin azaldılacağı güman edilir.


 
 Almaniya hökumətinin sözçüsü Steffen Seibert, hava çirklənməsinin azaldılmasına dair təklifləri də ehtiva edən bir məktubun Avropa Birliyi Komissiyasına təqdim edildiyini bildirib.


 
 5 ŞƏHƏR BƏLLİ OLUB


 
Pulsuz sərnişindaşıma fikrinin ilk mərhələdə Bonn, Essen, Reutlingen, Mannheim və Ştutqartın cənubundakı Herrenberg bölgəsində tətbiq edilməsi düşünülür.
 


Təklifdə, elektrikli taksilərin sayının və ümumiyyətlə, elektrikli vasitələrə qarşı stimulların artırılması da var.
 

Almaniyadakı bələdiyyələrə də göndərilən plan ümumilikdə müsbət qarşılansa da, bəzi sualları da yaranır. Biletsiz daşımanı reallığa çevirmək və sərnişin sayındakı artımı qarşılamaq üçün daha çox qatar, avtobus tələb olunacaq; bu avtobuslar ətraf mühit dostu vasitələr olmalıdır (elektrikli); xərclər - önə çıxan mübahisə mövzularıdır.
 
 

Alman Nəqliyyat Şirkətləri Assosiasiyasının (VDV) məlumatlarına görə bələdiyyələrin  ictimai nəqliyyatından əldə etdiyi bilet gəliri ildə 12 milyard avro ətrafındadır. Planlaşdırılan layihə reallaşarsa bunun vergi ödəyiciləri üzərində böyük bir yük olacağına diqqət çəkilir.

16.02.2018 06:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ