Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

BP Azərbaycan-dan 2017 hesabatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP Azərbaycan-dan 2017 hesabatı

BP və tərəfdaşları 2017-ci ilin nəticələrini açıqladılar


 

Reklam_3_11

Azəri-Çıraq-Günəşli (AÇG)

 

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

 

2017-ci ildə AÇG layihəsinə 456 milyon dollardan artıq əməliyyat məsrəfləri və təqribən 1,18 milyard dollar əsaslı məsrəflər xərclənmişdir.

 

2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti  və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 31 oktyabr 2017-ci ildə ratifikasiya olundu.

 

Hasilat

 

2017-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton olub.

 

İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub.  

 

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

İl ərzində AÇG-də 17 neft hasilat quyusu, 3 suvurma quyusu qazılmışdır.

 

Səmt qazı

 

2017-ci ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilkdə isə 2,9 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

 

2017-ci il ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

 

İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 283 milyon barel neft və kondensat, o cümlədən 253 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 2 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27,5 milyon standart kub metr (972 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

 

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

 

2017-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 133 milyon dollar, əsaslı xərclərə isə 29 milyon dollar xərclənmişdir.

 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2017-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 383 milyon tondan artıq (təxminən 2,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

2017-ci il ərzində isə BTC vasitəsilə təqribən 34 milyon ton (256 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

2017-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 451 milyon dollar əməliyyat xərcləri və təqribən 2,88 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

 

Hasilat

 

2017-ci il ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

 

İl ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

 

Qazma əməliyyatları

 

2017-ci ildə Şahdəniz 1-in Alfa platformasında SDA10 quyusu tamamlandı və istismara təhvil verildi. SDA11 quyusunda isə qazma işləri bərpa olundu və bu işlər hazırda davam edir.

 

Şahdəniz 2 üzrə, İstiqlal qazma qurğusu və Maersk Explorer hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyu tamamlayıb. Şahdəniz 2-nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Şahdəniz 2 layihəsi

 

2017-ci il Şahdəniz 2 və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub. Hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb və bu işlər üçün 45 milyon təhlükəsiz adam/iş saatı sərf edilib. Hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istirmara verilmə mərhələsinə daxil olmaqdadır.

 

Şahdəniz 2 layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

 

Sentyabr ayının 6-da  Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi  istismara verildi. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq Şahdəniz 2 layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etmişdir. Xankəndi gəmisi artıq dənizdə Şahdəniz yatağı ərazisindədir və orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirir.

 

2017-ci ildə Şahdəniz 2  platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırıldı. Bu qurğular təhlükəsiz şəkildə yola salındı və dənizdə quraşdırıldı, hazırda istismar sınaqları davam edir.

 

Səngəçal  terminalında Şahdəniz 2 üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni Şahdəniz 2 qurğularının istismar sınaqları davam edir və bu il istismara verilmə planına uyğun irəliləyir ki, bu il başlanacaq Şahdəniz 2 hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun.

 

Şimal cinahında Xankəndi hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını artıq bitirib. Səngəçal terminalına aparan sualtı xəttlər, quyular, sualtı infrastruktur, Şahdəniz 2 platforması və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb.

 

Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2017-ci ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 29 milyon dollar əməliyyat xərcləri və 784 milyon dollar əsaslı xərclər sərf edilib.

 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

 

2017-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,5 milyon kubmetr qaz olmuşdur.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

 

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

 

2017-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

 

Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Azərbaycan hissəsində hazırda diqqət birləşdirmə və hidro-sınaqlar kimi  yekunlaşdırma işlərinə yönəlib.

 

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini  təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib.

 

Geoloji kəşfiyyat

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin 4-cü rübündə yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi  müəyyən edilmişdir.

 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

 

İşçi heyətimiz

 

2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir. Bundan əlavə, 265 nəfər yerli işçi mövcud layihələr sahəsində çalışır.

 

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

 

Sosial sərmayələr

 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2017-ci ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda təqribən 5,7 milyon dollar xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.


 

Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited” şirkəti, Şahdəniz yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited” şirkəti, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti və Cənubi Qafqaz Boru Kəməri şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə pres relizdir.

16.02.2018 08:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ