Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azəri-Çıraq-Günəşlidən illik hasilat 30 milyon tondan aşağı düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azəri-Çıraq-Günəşlidən illik hasilat 30 milyon tondan aşağı düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə  Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton olub.

 

Reklam_3_11

Bu barədə "Marja"ya BP-dən bildirilib.


Qeyd edək ki, 2016-cı il ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (144 000), Qərbi Azəri (114 000), Şərqi Azəri (72 000), Dərinsulu Günəşli (126 000) və Qərbi Çıraq (120 000) platformalarından birlikdə – gündə orta hesabla 630 000 barel və ya ümumilikdə 230 milyon bareldən artıq, yəni 31,1 milyon ton  təşkil etmişdi.

 

Beləliklə, 2016-cı illə müqayisədə 2017-də Azəri-Çıraq-Günəşlidən hasilat 2,1 milyon ton və ya 6,7% azalıb.

 

2015-cı il ərzində AÇG-dən ümumi hasilat 31,3 milyon ton, 2014-cü ildə 31,5 milyon ton təşkil etmişdi.

16.02.2018 08:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ