Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yumurtada plastmasabənzər maddə iddiasına - NAZİRLİKDƏN CAVAB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yumurtada plastmasabənzər maddə iddiasına - NAZİRLİKDƏN CAVAB

 

Bakı şəhər sakinindən İqtisadiyyat Nazirliyinə mağazadan aldığı və yerli istehsal olan yumurtanın qaynadılarkən plastmasabənzər maddənin yarandığı barədə müraciət daxil olmuşdur.

Reklam_3_11

 

Bununla bağlı İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən yumurtanın alındığı mağazadan nümunələr və Nazirliyə müraciət etmiş istehlakçının qaynadılarkən plastmasabənzər maddənin yarandığını bildirdiyi yumurtaların qalan hissəsi götürülərək laborator müayinəsi aparılmışdır.

 

“Laborator müayinələr nəticəsində yumurtaların keyfiyyətində heç bir nöqsan aşkar edilməyib, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib. Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyəti yoxdur.

 

Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr üzrə aparılmış laborator müayinələr zamanı da yumurtanın keyfiyyəti ilə bağlı heç bir nöqsan aşkar olunmamışdır”, - Nazirliyin məlumatında deyilir.

16.02.2018 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ