Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Cəmi 10-30 manata banka borclu qalmaq riskindən azad olun - YENİLİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cəmi 10-30 manata banka borclu qalmaq riskindən azad olun - YENİLİK

“Bakı Sığorta” şirkəti banka kredit borcu olanlar üçün yeni sığorta məhsullarını təqdim edib. İlk eşitdikdə, “banka borcumu ödəyirəm, sığorta nəyimə lazımdır” deməyin. Bəs, siz işdən çıxarılsanız və ya əmək qabiliyyətinizi itirsəniz borcunuzu necə qaytaracaqsınız? 

 

“Marja” xəbər verir ki, “Bakı Sığorta”nın yeni məhsulları “İxtisardan Sığorta” və “Əmək qabiliyyətinin itirilməsi sığortası” məhsuludur.

 

Bu məhsulları almaq çox asandır. Belə ki, www.bakisigorta.az saytından saifariş verməklə sığortalanmaq mümkündür. Sifariş səhifəsində ad və familiyanızı, kredit müqaviləsinin başlama və bitmə tarixlərini, aylıq ödəniş məbləğini daxil etməklə və sığorta təşkilatını seçməklə sığortanı almaq olur.

 

Hələlik 8 bank və 1 bank olmayan kredit təşkilatlarından götürülmüş kreditlərə görə sığortalanmaq mümkündür.

 

Sığorta haqqı elə də baha deyil. Məsələn, aylıq ödənişi 200 manat olan 1 illik kredit üçün təxminən 34 manata “İxtisardan Sığorta” məhsulunu almaq olar. Əgər Siz ixtisara düşərək işsiz qalsanız növbəti iş tapana qədər “Bakı Sığorta” kredit borcunuzun bağlanmasına kömək edəcəkdir. Sığorta məhsulu sayt vasitəsilə onlayn əldə edildikdə əlavə endirim də edilir.

 

Saxtakarlığın qarşısını almaq üçün bağlanan müqavilə 4 ay sonra qüvvəyə minir (4 aylıq franşiza).

 

“Əmək Qabiliyyətinin İtirilməsi” sığortası daha ucuzdur. Məsələn, banka 2000 manat borcu olan şəxs cəmi  9 manata bu sığortanı ala bilər.

 

Qeyd edək ki, sığorta haqqı, müştərinin yaşından, kreditin məbləğindən və s. asılı olaraq fərqli ola bilər. İstənilən halda bu sığortalar bahalı deyil.

 

Özümüzdən aslılı olmayan səbəblərdən ixtisar olunma və ya qəza keçirmək risklərimiz hər zaman mövcuddur. İşsiz qaldığımız müddətdə belə kredit borclarımızı ödəmək məcburiyyətindəyik. Kreditlərimizi ödəyə bilmədikdə isə hüquqi və maliyə riskləri ilə qarşı-qarşıya qalırıq. Bu problemin ən sadə həll “Bakı Sığorta”nın saytı vasitəsilə, cəmi 4 dəqiqə sığortalanmaqdır.

16.02.2018 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ