Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

2017-də daha çox balıq ovlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2017-də daha çox balıq ovlanıb

 

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanmışdır.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2016-cı illə müqayisədə 2017-ci ildə 30,5 faiz çox balıq ovlanmışdır.

 

Ovlanmış balığın  559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşmüşdür.

 

Ötən il balıqçılar tərəfindən kvota üçün 41,1 min manat ödənilmişdir.

 

2017-ci ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat  və ya 2016-cı illə müqayisədə 5,9 faiz çox vəsait sərf olunmuşdur. Həmin vəsaitin 91,8 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 8,2 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənmişdir.

 

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 437,2 milyon ədəd balıq körpələrinin 423,1 milyon ədədi çəkikimilərin, 8,4 milyon ədədi nərəkimilərin, 5,5 milyon ədədi  bitki ilə qidalanan balıqların və 0,2 milyon ədədi qızıl balıqların payına düşmüşdür.

16.02.2018 11:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ