Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Korporativ qiymətli kağızlar bazarında kəskin azalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Korporativ qiymətli kağızlar bazarında kəskin azalma

Maliyyə Bazarlarına Nəzarət , 2017-ci ildə qiymətli kağızlar bazarı 2016-cı illə müqayisədə 12% artaraq 15,7 mlrd. manat təşkil etmişdir. Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artmışdır.

 

Korporativ qiymətli kağızlar

 

Ötən il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri nəticəsində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əqdlərin məbləği 2,2 dəfə artaraq 2 mlrd. manatı üstələmişdir. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm bazarının artımını şərtləndirən mühüm amil olmuşdur. Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarı ötən illə müqayisədə 79% azalaraq 1,6 mlrd. manat təşkil etmişdir.

 

Dövlət qiymətli kağızları

 

Hesabat dövründə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə not buraxılışları dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən etmişdir. Belə ki, dövlət istiqrazları bazarı 48%, not bazarı isə 19,4 dəfə artmışdır. Hesabat dövründə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 50 hərrac keçirilmiş və nəticədə ilkin bazarda əqdlərin həcmi ötən illə müqayisədə 19,3 dəfə artaraq 5,2 mlrd. manat olmuşdur. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə fond birjasında keçirilmiş 45 hərracda bağlanmış əqdlərin həcmi ötən illə müqayisədə 89% artaraq 795 mln. manat təşkil etmişdir.

 

Törəmə maliyyə alətləri bazarı

 

2017-ci ildə Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 5,5 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 402 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilmişdir. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 5,9 mlrd.manat olmuş və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% artım müşahidə edilmişdir.

 

Repo və əks-repo əməliyyatları

 

Hesabat dövrü ərzində repo əməliyyatlarının ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə artaraq 51,5 mln. manat olmuşdur. Dövlət istiqrazları ilə ümumi məbləği 30.8 mln. manat olan 37 repo əməliyyatı, korporativ istiqrazlarla isə 20,8 mln. manat məbləğində 14 repo əməliyyatı keçirilmişdir.

 

Qiymətli kağızların dövlət qeydiyyatı

 

2017-ci ildə 11,5 mlrd. manat və 4,1 mlrd. ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilmişdir.

 

Qiymətli kağızlar bazarının 2017-ci ilin 31 dekabr tarixinə olan əsas göstəriciləri qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

16.02.2018 11:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ