Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AFB Bank 9 yaşını qeyd edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
AFB Bank 9 yaşını qeyd edir

Bu gün “AFB Bank” ASC-nin fəaliyyətə başlamasının 9-cu ili tamam olur.

 

Reklam_3_11

Bu illər ərzində əsasən korporativ müştərilərə xidmət göstərən Bank iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatı, sənaye, tikinti, turizm, yeyinti məhsulları istehsalı və s. sahələrə maliyyə dəstəyi göstərməklə dövlət əhəmiyyətli müəssisələrin qurulmasına və inkişafına öz töhfəsini vermişdir. Bununla yanaşı pərakəndə müştərilərə də bir sıra məhsullar təqdim etmiş, eyni zamanda əhaliyə güzəştli ipoteka kreditlərinin verilməsində aktiv iştirak etmişdir.

 

"AFB Bank"dan "Marja"ya daxil olmuş məlumata görə hazırda Bankın maliyyə dayanıqlığı yüksək səviyyədədir. Yüksək kapitallaşma səviyyəsi Bankın maliyyə dayanıqlığının təmin edilməsinə imkan verir və bunun əsas göstəricisi leverec əmsalının 12.5% (normativ: min-5%), kapital adekvatlığı əmsalının 28.6% (normativ: min-10%) olmasıdır.

 

Bankın yeni strateji planında xidmət keyfiyyətinin, infrastrukturun yaxşılaşdırılması, bazar mövqeyinin möhkəmləndirilməsi, filial şəbəkəsinin səmərəliliyinin artırılması, korporativ idarəetmə və risklərin idarəedilməsi sistemlərinin təkmilləşdirilməsi əsas strateji prioritetləri təşkil edir. Bu prioritet hədəflərə çatmaq üçün Bank müştəri xidmətlərində  texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərinin tətbiqinə, kadr potensialının təkmilləşdirilməsinə xüsusi önəm verir.

 

AFB Bank 9 il ərzində onunla işləyən və fəaliyyətinə dəstək olan bütün müştərilərinə və partnyorlarına dərin minnətdarlığını bildirir, gələcək illərdə bu münasibətlərin möhkəmlənəcəyinə inanır.

16.02.2018 12:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ