Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bayılın sürüşməsi tikinti şirkətlərini müştərisiz qoya bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayılın sürüşməsi tikinti şirkətlərini müştərisiz qoya bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Bakı şəhərinin Səbail rayonunda hazırda 14-dən artıq mənzil tikintisi ilə bağlı pilot layihə işlənilib, təsdiq olunub və əlavə bir neçə layihə hazırlıq variantındadır".

 

Bunu açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

 

O qeyd edib ki, pilot layihələrin əksəriyyəti Bayıl yaşayış sahəsində yerləşir:"Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar.

 

Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla baş tutan görüş zamanı icra başçısı Eldar Əzizov təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyatı qurumlara Bayılda tikintisi aparılan və aparılacaq Pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Eldar Əzizov qeyd edib ki, düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.

 

Qeyd edək ki, Bayılda sürüşmə xəbərləri alıcıları Bayılda tikilən binalarda mənzil alamağa qorxudur.

16.02.2018 12:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ