Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

2400 hektar əkiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
2400 hektar əkiləcək

“Azərtütün” MMC tərəfindən 2018-ci ildə respublikamızın şimal-qərb bölgəsi rayonlarında 2400 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilməsi nəzərdə tutulur. Sahələrə əkiləcək tütün şitillərinin yetişdirilməsi üçün artıq cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 16 kiloqram “Virciniya” növlü tütün toxumu gətirilib və hazırda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının fermerlərinə paylanılır.

 

Bu barədə  “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov məlumat verib.

 

Qurumun rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün bu rayonlarda ümumi sahəsi 33 min kvadratmetr olan 3300-dən çox sadə istixana hazırlanıb. Bağlanmış müqavilə əsasında indiyədək 156 fermerə 10 kiloqram tütün toxumu paylanılıb və bu iş davam edir. Eyni zamanda, Zaqatala tütün istehsalı və emalı məntəqəsinin tərkibində olan istixana təsərrüfatında da martın əvvəlindən tütün şitillərinin yetişdirilməsinə başlanılacaq. Məntəqədə olan 7 istixananın hər birində tutumundan asılı olaraq 600 min ədəddən 800 minədək “Virciniya” növlü tütün şitili yetişdirmək mümkündür. Burada yetişdiriləcək tütün şitilləri ilə 220 hektar sahədə əkin aparmaq mümkün olacaq.

 

Mübariz Qədimov bildirib ki, Balakən rayonundan olan tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə tezliklə rayonun Hənifə kəndinin ərazisində 60 ədəd tütünqurutma kamerasının quraşdırılmasına başlanılacaq. Bu kameralar tütün dərimi mövsümünün əvvəlinədək istifadəyə verilməlidir. Bundan əlavə, bu il Qax və Şəki məntəqələrinin hər birində əlavə olaraq 30 kameranın quraşdırılması da nəzərdə tutulur.

 

© Azərtac

16.02.2018 14:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ