Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan neft ixracı azalıb, qaz ixracı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan neft ixracı azalıb, qaz ixracı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib ki, bu da 2016-cı ilin göstəricisindən 6,1% azdır. Bu barədə  hökumətdən məlumat verilib.

 

Reklam_3_11

“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri 12 mlrd. 300 mln. 777,8 min dollar (artım 19,5%) təşkil edib”, - məlumatda bildirilir.

 

2017-ci il ərzində ixrac edilmiş 10 mlrd. 706 mln. 817,8 min dollar məbləğində neftin bəyan edilmiş həcmi 27 mln. 227,9 min ton təşkil edib.

 

2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub.

 

Azərbaycan 2017-ci ildə 8 mlrd. 859,7 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2016-cı ilin göstəricisindən 10,1% çoxdur.  

 

“Hesabat ilində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri  1 mlrd. 263 mln. 704,7 min dollar  (artım 10,2%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.

 

2017-ci ildə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş 1 mlrd. 193 mln. 712,4 min dollar dəyərində 7 mlrd. 543,5 mln. kubmetr qaz ixrac edilib.

 

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.

 

© “İnterfaks-Azərbaycan”

16.02.2018 16:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ