Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana Çin və Türkiyədən idxal edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana Çin və Türkiyədən idxal edilir

Azərbaycanda şabalıdın əkin sahəsi 2016-cı ildə 391.7 ha (yeni salınmış bağlar 11,3 ha), istehsalı 763.4 ton, məhsuldarlığı isə 20.5 sen/ha olub.

 

Reklam_3_11

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərli deyib.

 

S.Səfərli bildirib ki, şabalıd əsasən Şəki-Zaqatala bölgəsində becərilir (380 ha), həmçinin az miqdarda Quba (9 ha) və İsmayıllı (1 ha) rayonlarında mövcuddur. Onun sözlərinə görə, ən çox isə şabalıd Qəbələ (214 ha), Zaqatala (60 ha), Şəki (45 ha) Oğuz (35 ha) rayonlarında yetişdirilir.

 

Müdir müavini vurğulayıb ki, Azərbaycan şabalıdı əsasən qabıqlı və qabığı təmizlənmiş halda Türkmənistan və Rusiya Federasiyasına ixrac edir.

 

İdxala gəlincə isə S.Səfərli vurğulayıb ki, Azərbaycan şabalıdı əsasən qabıqlı və qabığı təmizlənmiş halda Çin və Türkiyədən idxal edilir.

 

Onun sözlərinə görə, Azərbaycanda şabalıdın ixracının çoxalması üçün bağın hər hektarına görə yanacaq, motor yağları üçün 50 manat subsidiya verilir, həmçinin bağlarda istifadə olunan gübrələrin və pestisidlərin dəyərinin 70 %-i (gübrələr üzrə hektara 100 manat, pestisidlər üzrə hektara 10 manat həddində) dövlət tərəfindən qarşılanır.

 

© Trend

17.02.2018 07:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ