Azərbaycan xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib

Yanvarda Azərbaycanın xarici ticarət əməliyyatlarından 350 milyon dollar müsbət saldo əldə edib.

 

Bu ilin yanvar ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 mlrd. 727 mln. 332,84 min ABŞ dolları təşkil edib.

 

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 472 mln. 652,58 dollar və ya 37,67% çoxdur.

 

Ötən ay ərzində idxal əməliyyatları 688 mln. 625,61 min dollar olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə  238 mln. 573,34 min dollar və ya 53,01% çoxdur.

 

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 1 mlrd. 038 mln. 707,23 min dollar olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 234 mln. 79,24 min dollar və ya 29,09% çoxdur.

 

Nəticədə 350 mln. 81,62 dollar məbləğində müsbət saldo yaranıb

17 Fevral 2018 , 12:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin