Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlandı

 

Ötən il Azərbaycan taxıl idxalına 227 mln. ABŞ dolları vəsait xərcləyib.

 

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

 

Onun sözlərinə görə, taxılçılıqda nəzərəçarpan nəticələr əldə edilib: "Ötən il Azərbaycan 1,2 mln. ton taxıl idxal edib, halbuki 2016-cı ildə idxalın həcmi 1,6 mln. ton olub. İdxal olunan taxıl 1-ci, 3-cü sinif taxıldır".

 

H.Əsədov xaricdən müvafiq kombaynların alınacağını və bununla bağlı artıq müqavilələrin olduğunu da qeyd edib: "Kombaynların gətirilməsinə bu ilin aprel ayından başlanılacaq. Bu il, ümumilikdə, 190 ədəd kombaynın alınması nəzərdə tutulur".

 

©Report

17 Fevral 2018 , 13:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin