54 milyon dolları "içdik"

"Azərbaycan 2017-ci ildə çay məhsulları idxalına 54 mln. dollar vəsait xərcləyib".


Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

 

"Bu, çox böyük rəqəmdir. Çayçılıq Azərbaycanda ənənəvi istehsalı olan məhsuldur. Tarixə baxsaq, görərik ki, müəyyən səbəblərdən onun istehsalı artıb, azalıb", - o deyib.

 

Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin çayçılığın inkişafı ilə bağlı verdiyi sərəncam daxili istehsal hesabına tələbatın ödənilməsinə imkan verəcək.

 

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

 

17 Fevral 2018 , 14:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin