Arıçılığın inkişafı ilə bağlı təkliflər layihəsi hökumətə təqdim olunub

"Azərbaycan Prezidentinin tapşırığına əsasən, Kənd Təsərrüfatı Nazirliyi hər bir arı yeşiyinə görə ildə 10 manat subsidiyanın verilməsini nəzərdə tutan sənədləri Nazirlər Kabinetinə təqdim edib".

 

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

 

Onun sözlərinə görə, sənədlər artıq bütün iqtisadi qurumlarla razılaşdırılıb: "Sənədlər yaxın günlərdə Prezident Administrasiyasına təqdim olunacaq". 

 

"Hər arı yeşiyinə görə ildə 10 manat subsidiya veriləcək. Bu, böyük dəstəkdir. Beləliklə, hər 20 arı ailəsi olana 200, 30-40 olana isə 300, 400 manat birdəfəlik dəstəkdir ki, buda hesab edirəm arıçılığın inkişafında mühüm rol oynayacaq. Azərbaycan arıçılğın inkişafı üçün nektarların ən çox olduğu ölkədir. Ən yaxşı arı cinsi Azərbaycandadır. Azərbaycandan da istehsal olunan bal daha yüksək kateqoriyaya malik olduğu üçün dünya bazarında xüsusi yer var. Haradasa 15-20% Azərbaycan balına tələbat var. Hansı ki, dünya ölkələrində bu, 5-10%-dir",- deyə H. Əsədov əlavə edib", - nazir əlavə edib.

17 Fevral 2018 , 17:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin