2 dəfə çox avtomobil idxal olundu

2018-ci ilin Yanvar ayında Azərbaycana 986 ədəd nəqliyyat vasitəsi gətirilib.


"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2017-cı ilin Yanvar ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.


2017-cı ilin Yanvarında Azərbaycana 469 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.


Minik avtomobillərinin idxalı isə 2017-ci ilin Yanvarındakı 420 ədəddən 2018-ci ilin Yanvarında 908 ədədə qalxıb.


Qeyd edək ki, 2017-ci ilin Dekabrda avtomobil idxalı 3270 ədəd təşkil etmişdi. Dekabrda idxalın yüksək olması 2018-ci ilin yanvar ayından avtomobillərə daha yüksək gömrük rüsumlarının tətbiq ediləcəyinin elan edilməsilə bağlı olmuşdu.

 

Yanvarda nəqliyyat vasitlərinin və onların hissəslərinin idxalına 103,6 milyon dollar xərclənib.

17 Fevral 2018 , 17:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin