Ən yuxarı statik reklam-3_3

İki müasir istirahət və əyləncə mərkəzi tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki müasir istirahət və əyləncə mərkəzi tikilir

Naxçıvan şəhərində, Naxçıvançayın kənarında əhalinin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcək iki müasir istirahət və əyləncə mərkəzinin tikintisi aparılır.


Naxçıvan şəhərindən Beynəlxalq Hava Limanına aparan yolun sağ tərəfində inşa edilən istirahət və əyləncə mərkəzi zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq.

 

“Gəmiqaya Holdinq”in adıçəkilən obyekt üzrə iş icraçısı Akif Quliyevin bildirdiyinə görə, binanın zirzəmisində avtomobillər üçün dayanacaq, bərbər, qadın gözəllik salonu, qazanxana və xidməti otaqlar fəaliyyət göstərəcək. Qalan mərtəbələr istirahət otaqları, kafelər və digər əyləncə obyektləri üçün nəzərdə tutulub. Mərkəzə yaxın ərazidə idman zalı, üzgüçülük hovuzu, tədbirlər zalı, atış zalı qonaqların ixtiyarına veriləcək. İstirahət və əyləncə mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq, yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Hazırda mərkəzin binasının son mərtəbəsində qəlib-beton işləri aparılır, əraziyə kilid daş düzülür. Dövrün və şəhərin xarakterik xüsusiyyətlərinin əks olunduğu, tikintisində Şərq memarlığı elementlərinə, xüsusilə Naxçıvan memarlıq məktəbinə aid üsluba geniş yer verilən, memar Cəmil Quliyevin layihəsi əsasında inşa olunan bina tamamlandıqdan sonra bu məkan şəhərin ən görməli yerlərindən birinə çevriləcək.


Beynəlxalq Hava Limanına aparan yolun sol tərəfində tikintisi aparılan daha bir obyekt də əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün nəzərdə tutulub. Obyektdə metal konstruksiyaların qurulması işi başa çatdırılıb. Hazırda “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən fasadın və interyerin üzlənməsi işləri aparılır. Avanqard üslubda, qeyri-adi formada inşa edilən binanın fasadının üzlənməsində yüksəkkeyfiyyətli şüşə lövhələrdən istifadə ediləcək.

13.12.2016 05:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ