Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Yapı Kredi Bank Azərbaycan”ın arxasındakı bankın böyüklüyü heyrət doğurur

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yapı Kredi Bank Azərbaycan”ın arxasındakı bankın böyüklüyü heyrət doğurur

İtaliyanın “UniCredit” qrupunun maliyyə göstəriciləri “Yapı Kredi Bank Azərbaycan”ın çox güclü bankçılıq qrupunun üzvü olduğunu açıq aydın göstərir.

 

Reklam_3_11

İlk öncə xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin 99,8% payla sahibi Türkiyədə fəaliyyət göstərərn “Yapı ve Kredi Bankası A.Ş.”dir. Bu bankın 81,8%-i “Koç Finansal Hizmetleri” adlı şirkətə məxsusdur, 18.2%-i isə birjada açıq alınıb-satılır. “Koç Finansal Hizmetleri” şirkətinin isə 50%-i “Koç Grubu”na, 50%-i də İtaliyanın “UniCredit” qrupuna məxsusdur. Dolayısı ilə, “Yapı Kredi Bank Azərbaycan”ın yarısı “Koç Grubu”na, digər yarısı da “UniCredit” qrupuna aiddir.

 

AZƏRBAYCAN İQTİSADİYYATINDAN 25 DƏFƏ BÖYÜKDÜR

 

Bir neçə gün öncə “UniCredit” qrupu 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Qrupun aktivlərni eşitmək heyrətləndiricidir. Belə ki, 31 Dekabr 2017-ci il tarixində “UniCredit”in cəmi aktivləri 827 milyard avro təşkil edib. Azərbaycan manatı ilə ifadə etsək, təxminən 1 trilyon 700 milyard manata bərabər gəlir. Bu məbləğ Azərbaycanın illik ümumi daxili məhsulundan (illik iqtisadiyyatından) təxminən 25 dəfə çoxdur. Azərbaycanda fəaliyyət göstərən 30 bankın cəmi aktivləri 28 milyard manata yaxındır. Təkcə “UniCredit”in aktivləri Azərbaycanın bütün banklarının aktivlərindən 60 dəfə çoxdur.

 

“UniCredit”in 827 milyard avro cəmi aktivlərinin 450,5 milyard avrosunu (1 trilyon manata yaxın) müştərilərə verdiyi kreditlər təşkil edir.

 

Belə böyüklüyə məxsus maliyyə qrupu, təbii ki, böyük məbləğdə qazanc əldə edir. Ötən il qrupun cəmi gəlirləri 20 milyard avroya yaxın olub. Bütün xərclər çıxıldıqdan sonra Bankın  təxminən 5,5 milyard avro (6,8 milyard dollar) xalis mənfəəti qalıb.  Müqayisə üçün qeyd edək ki, ötən il Azərbaycan neft satışından valyuta ehtiyatlarını cəmi 4,5 milyard dollar artıra bilib.

 

“Yapı Kredi Bank Azərbaycan” QSC nüfuzlu maliyyə təşkilatlarına məxsusdur, bu təşkilatların səhmlərinin bir hissəsi birjada ticarət olunur. Etibarlılıq, düzgünlük, müştərilərin əmanətlərini göz-bəbəyi kimi qorumaq müqəddəs vəzifələrdir.Əks halda kiçik bir mənfi xəbər şirkətin birjada səhmlərinin ucuzlaşmasına səbəb ola bilər. Bu səbəbdən qrupun bütün üzvləri şəffaff fəaliyyət göstərir, maliyyə sektorunda ən müasir xidmətlər təklif edirlər.

 

ƏN ÇOX XALİS MƏNFƏƏT ƏLDƏ ETMİŞ 5-Cİ BANK

 

Ötən ilin sonunda “Yapı Kredi Bank Azərbaycan” böyüklüyü təxminən 427 milyon manat, bankdakı depozitlər isə təxminən 330 milyon manat olub. Bu məbləğlər “UniCredit” xalis qazancının 3-5%-i qədərdir. “UniCredit” üçün “Yapı Kredi Bank Azərbaycan”ın bütün borclarını qaytarmaq heç də çətin deyil.

 

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” 2017-ci ildə ən çox xalis mənfəət əldə etmiş 5-ci bankdır. “Yapı Kredi Bank Azərbaycan” ötən ili 10 milyon 110 min manat xalis mənfəətlə başa vurub. Bu qazanc, bankın peşəkar idarə edildiyinə, xidmətlərinə böyük tələbin olduğuna işarədir.

19.02.2018 06:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ