Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

20 ildə qurduğu "imperiyasından" bir anda imtina edən iş adamı

iç səhifə xəbər başlığı altı (mobil)_31
20 ildə qurduğu "imperiyasından" bir anda imtina edən iş adamı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün 5 milyard dollarlıq bir sərvətə sahib olan Sergey Galitskiy, Moskvanın 1300 kilometr cənubundakı məmləkəti Krasnodarda kiçik bir meyvə-tərəvəz dükanı açanda 1998-ci il idi. Sonrakı 20 ildə bu kiçik cəhd, 20 milyard dollarlıq satışa və bütün Rusiyada 16 min mağazaya qədər çatıb. Ancaq Galitskiy, cümə günü bu "imperiyadan" imtina etdiyini açıqlayıb.


 
"Marja" "Bloomberg News"a istinadən xəbər verir ki, Rusiyanın pərakəndə sektorda ən böyük ikinci qida şirkəti  olan "Magnit"in İcraçı direktoru Galitskiy, şirkətin 29%-lik hissəsinə uyğun gələn 2,5 milyard dollarlıq (138 milyard rubl) payını dövlətə aid "VTB Group"a satacaq və sonra da vəzifəsindən istefa edəcəkdir.
 

Reklam_3_11

"Şirkəti quran şəxs olaraq, bu qərarı vermək də asan olmadı" deyən Galitskiy, "Ancaq heç bir şey əbədi davam etməz. Bu prosesin qarşısında dayanmamalıyam. Əgər investorlar dəyişiklik istəyirsə, bunu nail olmalıdırlar" ifadələrini istifadə edib.
 

Galitskiy-dən sonra İcraçı direktor vəzifəsini Maliyyə direktoru Kaçatur Pombukçan təhvil alacaqdır. Pombukçan, keçən ay investorlarla keçirdiyi toplatında bu il dividend ödəməsi edilməyəcəyini bildirmişdi. Ancaq cümə günü edilən açıqlamada dividendlərin ilin ikinci yarısında ödənəcəyi və səhm geri alışı planlaşdırıldığını bəyan edib.
 

Bir müddətdir inkişafını idarə etməkdə çətinlik yaşayan "Magnit", "Rusiyanın ən iri pərakəndə satıcısı" titulunu 2016-da "X5 Group"a uduzmuşdur. Şirkətin səhminin qiyməti son 12 ayda yarı yarıya ucuzlaşıb.

 

4,2 milyard dollarlıq aktivləri idarə edən "Prosperity Capital"ın direktoru Aleksey Krivoşapkoya görə, Galitskiyin verdiyi qərar rasional deyil, emosionaldır. Krivoşapkoya görə, son iki ildir "Magnit"in rəhbərliyi satış hədəflərinə nail ola bilmir və marjaları artırmaq üçün real olmayan planlar qururdu.
 

Ölkədə iki il davam edən durğunluq və yüksək inflyasiyada da istehlakçı tələbinə zərbə vurub. Bu vəziyyət bir az normallaşsa da "Magnit"i xilas etməyə kifayət etməyib.

18.02.2018 15:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ