Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Danone" südündə antibiotik iddiası ortalığı qarışdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Danone" südündə antibiotik iddiası ortalığı qarışdırdı

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor), Fransanın "Danone" şirkətinin Rusiyanın Volqoqrad əyalətindəki zavodunda istehsal olunan südün içində antibiotik olduğunu müəyyən edib. "Danone" şirkəti, Volqoqrad Kommersiya Məhkəməsinə müraciət edərək Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə qarşı iddia qaldırıb.

 

"Marja" xəbər verir ki, Rusiyanın xəbər agentliyi "TASS"a danışan "Danone Rusiya" şirkətinin sədr müavini Marina Balabanova, "Yoxlamalar zamanı ciddi pozuntular olub" - deyib.


 
Digər tərəfdən, "Rosselxoznadzor" hələ də bu məsələyə dair açıqlama verməyib.


 
"Rosselxoznadzor", "Danone Rusiya"nın Volqoqraddakı süd zavodunda istehsal olunan südün içində antibiotik olduğunu müəyyən edib. "Rosselxoznadzor", "Danone"nin Avrasiya İqtisadi Əməkdaşlıq, o cümlədən digər ölkələrə ixracına sərt nəzarət edəcəyini qeyd edərək, məhsulların içində həminin antibiotikin təkrar tapılması halında ixracın məhdudlaşdıracağını bildirib.
 

"Danone" isə istehsal prosesində antibiotik istifadəsini təsdiq etməyib.

 

Qeyd edək ki, Azərbaycana da "Danone" məhsulları Rusiyadan idxal olunur.

18.02.2018 17:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ