Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu dövlət Azərbaycana ən çox mal satan ölkələrdən birinə çevrildi – SÜRƏTLƏ İRƏLİLƏYİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu dövlət Azərbaycana ən çox mal satan ölkələrdən birinə çevrildi – SÜRƏTLƏ İRƏLİLƏYİR

Azərbaycan ən çox malları Rusiya, Türkiyə və Çindən alır.  Ötən ildən başlayaraq idxalda əsas ölkələr sıralamasında irəliləyən bir ölkə var – Belarus.

 

“Marja”nın Dövlət Gömrük Komitəsinin hesabatlarından topladığı məlumatlara görə, ötən ilin İyun ayında siyahıda 12-ci yerdə, Dekabrında isə 14-cü yerdə  olan Belarus 2018-ci ilin Yanvarında 4-cü yerə qalxıb. Yəni Yanvarda Belarus Azərbaycanın ən çox mal aldığı 4-cü ölkə olub.

 

Ötən ilin 6 ayında Azərbaycanın Belarusdan idxalı 59,7 milyon dollar ikən, təkcə bu ilin 1 ayında bu ölkədən idxal 55,9 milyon dollar təşkil edib.

 

KREDİTİ ONLAYN SİFARİŞ ET

 

Tam 2017-ci ildə Belarusdan idxal 130,2 milyon dollar təşkil edib. 2016-cı ilin yanvarında, həmçinin 2016-cı ilin yekununda (12 ay üzrə) 15 ölkədən ibarət olan “İdxalda əsas ölkələr” siyahısında Belarusun adı yox idi.

 

2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycanın ən çox mal aldığı 15 ölkə siyahısından Sinqapur və Çexiya çıxıb. Əvəzində isə Belarus və Türkmənistandan daha çox mal almağa başlamışıq.

 

Böyük Britaniya və ABŞ-dan idxalımız kəskin azalıb.

 

Azərbaycanın ən çox mal ixrac etdiyi 15 ölkədən ibarət siyahıda (İxracda əsas ölkələr) Belarusun adı yoxdur.

 

Qeyd edək ki, marketlərdə Belarusdan idxal olunmuş qida və qeyri-qida məhsulları artıq daha çox gözə dəyir. Həmçi.nin Bakıda bir neçə ünvanda Belarusun mağazalar şəbəkəsi fəaliyyət göstərir. Əksər Belarus məhsulları keyfiyyətli olmaqla bərabər, qiymətləri də münasibdir.

19.02.2018 05:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ