Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Toxum satışına başlandı ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Toxum satışına başlandı ®

“Səba" şirkətinin taxılçılıq müəssisəsi "Qarabağ Taxıl” yeni əkin mövsümü üçün toxum satışına başladığını elan edib. Müəssisə bu il fermerlərin ixtiyarına aqronom məsləhəti qaynar xətti də verdiyini bildirib. 

 

"Qarabağ Taxıl” dünyanın məşhur toxum istehsalçısı DuPont şirkətinin Pioneer brendinin qarğıdalı toxumlarının Azərbaycanda eksklüziv distribüteridir. Müəssisə bu brendin GMO-dan azad, Avropa istehsallı toxumlarını öz əkinlərində istifadə etməklə yanaşı, fermerlərə də təklif edir. 

 

"Qarabağ Taxıl” bu il fermerlərə təklif etdiyi toxum çeşidində yeniliklərli olduğunu bəyan edib. İlk dəfə olaraq, ölkəmizdə Türkiyənin məşhur MAY toxumçuluq şirkətinin soya toxumları təqdim olunmağa başlayıb. Bu məşhur brendin toxumlarını öz sahələrində sınaqdan çıxarıb, əkin sahələrində istifadə edən "Qarabağ Taxıl” "MAY-Agro Tohumculuk Sanayi Ve Ticaret" şirkəti ilə bağladığı müqaviləyə əsasən, şirkətin soya toxumlarını fermerlərə də təqdim edir. MAY Toxum-un xəstəlik və zərərvericilərə dözümlü, GMO-dan azad soya toxumları  yüksək məhsuldarlıq qabiliyyətinə malikdir.

 

Səba-nın toxumçuluq müəssisəsi olan "Qarabağ Toxum"-un Azərbaycanın ərzaq təhlükəsizliyinin təmini məqsədilə və fermerlərin yerli taxıl sortlarına tələbatını nəzərə alaraq istehsal etdiyi buğda toxumlarını da müəssisədən əldə etmək olar.

 

“Səba”-dan toxum alan fermerlər eyni zamanda bitkilərə aqrokimyəvi qulluq barədə məsləhətlər əldə etmiş olacaqlar. Məqsəd müəssisənin təklif etdiyi toxumların yüksək məhsuldarlıq qabiliyyətini hər bir fermerin sahəsində nümayiş etdirmək və fermerlərin məlumatlılığını artırmaqdır.

 

“Səba”-dan toxum almaq istəyənlər satış üçün +994502718200, aqronom məsləhəti üçün +994502718286  telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. 

18.02.2018 19:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ