Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bədəni dondurularaq canlandırılmağı gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bədəni dondurularaq canlandırılmağı gözləyir

Tarixdəki ilk Bitcoin transferinin alıcısı: Hal Finney


 

Bitcoinin banisi Satoshi Nakamotonun kim olduğu hələ dəqiqləşdirməmiş olsa da Nakamotonun ortadan itdiyi 2010-cu ilə qədər əlaqədə olduğu adamlar ilə bağlı bəzi həqiqətlər çaşqınlıq yaradır.

 

"Marja" xəbər verir ki, Bitcoin ilə bağlı fikrini ilk dəfə 2008 qlobal maliyyə böhranı zamanı qapalı bir mailyyə qrupunda açan Satoshi Nakamoto (adam və ya ləqəb), ilk Bitcoin-i 2009-cu ildə istehsal edib. Nakamoto tarixdəki ilk Bitcoin transferini də Hal Finney-ə 10 Bitcoin göndərərək həyata keçirib.

 

 BƏDƏNİ BİR KOMPLEKSDƏ CANLANDIRILMAQ ÜÇÜN SAXLANILIR

 

Bitcoin ilə bağlı apardığı ilkin işlərə görə, Bitcoin dünyasında Finney-in Nakamoto olmasının düşünülməsinə belə səbəb olub. Ancaq Bitcoin layihəsindən qısa bir müddət sonra Finney ALS xəstəliyinə tutulub.

 

Məşhur fizik Stephen Hawking də bu xəstəliyə tutulub. Xəstəliyi inkişaf etdikcə Hal Finney yalnız üz əzələlərini hərəkət etdirə biləcək vəziyyətə gəlib. Bundan sonra göz hərəkətlərini təqib edən bir kompüter istifadə edərək Bitcoin ilə bağlı proqramları inkişaf etdirməyə davam edib.

 

DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN

 

Ailəsi Finney-in tibbi xidmət xərclərini isə Bitcoin-dən qazanılan pulla ödəyirdi.

 

Finney, 28 Avqust 2014-cü il tarixində 56 yaşında həyatını itirib. "Qanuni ölümü" elan edilən kimi Finney-in bədəni "Alcor" Uzun Həyat Fondu tərəfindən sürətlə müdaxilə edilərək dondurulub.

 

Amerikada adətən ölümcül xəstəliyə tutulmuş insanların həyatlarını dondurmaq tələbini yerinə yetirən "Alcor" Fondu,  dondurulmuş insanları geri gətirə biləcək bir texnologiyaya hələ malik deyil. Ancaq fond, gələcəkdə ortaya çıxacaq texnologiyalar ilə bunun mümkün ola biləcəyinə inandığından "canlandırılmaq" üçün bir çox adamın bədənini dondurulmuş şəkildə mühafizə edir.

18.02.2018 20:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ