Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kərə yağı idxalını azaltmaq üçün 10 min baş heyvan alınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kərə yağı idxalını azaltmaq üçün 10 min baş heyvan alınacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Təkcə keçən il kərə yağının alınmasına 67 milyon, pendirə 20 milyondan çox valyuta xərclənib.


"Marja" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Reklam_3_11


Heyvandarlıq sahəsində görülən işlərdən də danışan nazir deyib:

 

DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN

 

“Prezident İlham Əliyevin tapşırığı ilə bu il 10 min baş damazlıq heyvan alınmalıdır. Bu zərurət nədən irəli gəlir? Təkcə keçən il kərə yağının alınmasına 67 milyon, pendirə 20 milyondan çox valyuta xərclənib. Halbuki heyvandarlıqda işi düzgün təşkil etsək, həm valyuta ölkədə qalar, həm də məşğulluq artar. Ona görə də böyük miqdarda vəsait ayrılır ki, damazlıq heyvanları alıb gətirək. Düzdür, maldarlığın təşkili, onun idarə olunması çətin işdir. Lakin qarşıya vəzifə qoyulub və onu həll etməliyik. Buna nail olmağın üç yolu var: süni mayalanma, cins heyvanlar gətirilməsi və embrion köçürülməsi. Süni mayalanma işi təşkil olunub, doğulan hər buzova görə 100 manat subsidiya verilir. Ötən il süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb. İdxala gəldikdə, burada bir sıra problemlər var. Bəzən heyvan fermerə təhvil verildikdən sonra tələf olur. Bunun əsas səbəbi heyvanların düzgün yemləndirilməməsidir. Tələfat hallarının qarşısını almaq üçün cins heyvanın yem rasionu tərtib olunmalı, qulluq cədvəli hazırlanmalı, fermer bu barədə məlumatlandırılmalıdır. Yerlərdə cins heyvanların hansı səbəbdən tələf olması araşdırılacaq və lazımi tədbirlər görüləcək. Embrion köçürülmələrinin təşkili istiqamətində də iş aparılır, mexanizmlər öyrənilir. Yəqin ki, növbəti ildə embrion köçürülməsinin təşkilinə başlamaq mümkün olacaq”.

19.02.2018 04:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ