Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

200 kombayn, 1000 traktor alınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
200 kombayn, 1000 traktor alınır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Keçən il ölkəyə 10 mindən çox kənd təsərrüfatı texnikası gətirilib. Aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün müvafiq tədbirlər görülüb və bu il də kifayət qədər vəsait ayrılıb.


"Marja" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Reklam_3_11

 

 “Tələb olunan texnikalar vaxtında gətirilməli və kənd təsərrüfatı sahələrinin heç biri texniki təminat baxımından çətinlik çəkməməlidir. İlk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi qarşıya əsas vəzifə kimi qoyulub. Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynların gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq”, - deyə nazir diqqətə çatdırıb.

 

Heydər Əsədov vurğulayıb ki, pambıqyığan maşınların alınması üçün də müqavilə bağlanıb və ölkəyə 100 ədəd kombayn gətiriləcək. Keçən il pambıq yığımı mövsümünə çatdırılması mümkün olmayan 69 kombayn da respublikaya gətirilib. Əkinə gəldikdə isə, bu il təxminən 140 min hektarda çiyid səpilməsi planlaşdırılır.
Bildirilib ki, Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq çərçivəsində 1000-dən çox traktorun alınmasına dair müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi on gün ərzində təmin olunmalıdır. Bir sözlə, pambıq istehsalının təşkili üçün mütəşəkkil iş aparılmalıdır.

19.02.2018 05:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ