Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Salyanlı fermerlər 40 milyon manatdan çox gəlir götürüblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Salyanlı fermerlər 40 milyon manatdan çox gəlir götürüblər

Son illər Salyanda istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan salyanlı fermerlər bu il daxili və xarici bazarlara min tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər. Onlar ötən ilin dekabrından istixanalarda yetişdirdikləri pomidorun yığımına başlayıblar.

 

Reklam_3_11

Bir neçə gündür rayonun Kürsəngi kəndi ərazisində fəaliyyət göstərən 5 hektarlıq istixana kompleksində də məhsul yığılır. Tədarük olunan məhsulun əksər hissəsi xarici bazarlara göndərilir. Qiyməti də təsərrüfat sahiblərini qane edir. Sahibkar Elman Kərimli bildirib ki, qısa müddətdə 120 tondan çox məhsul tədarük edərək yerli və xarici bazarlara göndərilib. Hələ istixanada məhsul çoxdur. Təxmini hesablamalara görə bundan sonra bazarlara daha 50-60 ton pomidor göndərmək olar.

 

Qeyd edək ki, Salydanda 311 hektar sahədə 538 istixana kompleksi mövcuddur. Hazırda daha 10 hektar sahədə yeni istixana kompleksi salınır. Salyanlı fermerlər ötən il istixana şəraitində yetişdirdikləri məhsulların satışı hesabına 40 milyon manatdan çox gəlir götürüblər.

 

© Azərtac

19.02.2018 05:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ