Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

95 faiz Türkiyənin nəzarət etdiyi bu bazara Azərbaycan da daxil ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
95 faiz Türkiyənin nəzarət etdiyi bu bazara Azərbaycan da daxil ola bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sovet dönəmində ölkəmizin cənub bölgəsində ənənəvi təsərrüfat sahələrindən biri də dəfnəçilik olub. Bu gün isə dəfnə ağacları Lənkəran və Astara rayonlarının bəzi həyətyanı sahələrində yalnız dekorativ bitki kimi yetişdirilir. Dəfnəyə olan tələbatı nəzərə alan astaralılar bu sahənin əvvəlki şöhrətini qaytarmaq niyyətindədirlər.

 

Reklam_3_11

Əsasən subtropik ərazilərdə yetişdirilən həmişəyaşıl dəfnə bitkisi Azərbaycanda 1930-cu illərdən yayılmağa başlayıb. Lənkəran və Astara rayonlarının ərazisində geniş sahələrdə becərilən dəfnə ağacları genişləndirilərək 200 hektardan çox sahəni əhatə edib.

 

DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN

 

Bioloq Yunus Qulamov həmin illəri xatırlayaraq deyib: “Astara rayonunun Kijəbə qəsəbəsində, keçmiş Lenin adına sovxozun ərazisində ilk dəfə dəfnə bağları salınıb. Təcrübə yaxşı nəticə verdiyi üçün Lənkəranın bütün kəndlərinə paylanılıb.”

 

Y.Qulamovun sözlərinə görə, dəfnə plantasiyasının 1 hektarından 3,5 ton məhsul tədarük etmək mümkündür. Həm də dəfnənin becərilməsinin maya dəyəri olduqca azdır. Dəfnə ağacı həm quraqlığa, həm də mənfi 20 dərəcə şaxtaya dözümlüdür.

 

Sovet dövründə dəfnə yarpağından daha çox məişətdə, əsasən də balıqçılıq sənayesində, meyvə-tərəvəz konservlərinin istehsalında geniş istifadə olunub. Hazırda dünyanın əksər ölkələrində dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir.

 

Dəfnə yarpağından bir çox xəstəlilərin müalicəsində - diş iltihabı, bir çox daxili xəstəliklərdə, şəkərin, təzyiqin aşağı salınmasında istifadə olunur.

 

Mütəxəssislər bildirirlər ki, əgər tədarük və ixrac məsələsi öz həllini taparsa, qısa müddətdə bu gəlirli sahəni ölkəmizin cənub bölgəsində yenidən dirçəltmək mümkündür.

 

Qeyd edək ki, hazırda dünya bazarında bu bitkiyə olan tələbatın 90-95 faizini Türkiyə ödəyir.

 

© Azərtac

19.02.2018 05:19

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ