Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank Azərbaycan bazarında ilk dəfə təşkil etdi - 13,5 MİLYON DOLLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank Azərbaycan bazarında ilk dəfə təşkil etdi - 13,5 MİLYON DOLLAR

Azərbaycanın ən iri banklarından biri PAŞA Bank öz müştərisi üçün sindikatlaşdırılmış kreditin cəlb edilməsinin əsas təşkilatçısı qismində çıxış etmişdir. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Reklam_3_11

Krediti alan tərəf isə səhmləri London birjasinda ticarət olunan "Anglo Asian Mining Plc" şirkətinin Hasilatın Pay Bölgüsü Haqqında Sazişinə əsasən Azərbaycan ərazisində qızıl, gümüş və mis kimi əlvan metalların hasilatı və istehsalı ilə məşğul olan törəmə müəssisəsi və eyni zamanda ölkəmizin qeyri-neft sektorunda ən böyük qeyri-hökumət ixracatçısı "Azerbaijan International Mining Company Limited" şirkəti olmuşdur.


Bu kredit Azərbaycan bazarında təşkil edilmiş ilk sindikatlaşdırılmış kredit olmuşdur. PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə Azərbaycanın aparıcı korporativ bankı olaraq biznes tərəfdaşlarımızın bankımıza olan inamı və onlara göstərdiyimiz dəstəyə və xidmətlərimizə hər zaman güvəni bizim üçün çox önəmlidir.


“PAŞA Bankın maliyyə stabilliyini və kredit bazarındakı geniş təcrübəsini nəzərə alaraq biz əlverişli bazar şərtləri ilə müştərimizin maliyyələşdirilməsini təşkil etdik. Ümumilikdə isə regiondakı makroiqtisadi çağırışlar fonunda yerli bazarda fəaliyyət göstərən şirkət üçün bu növ krediti almaq Bankımıza olan böyük etimadının göstəricisi və bütün bazar üçün isə müsbət bir əlamətdir”, - deyə T. Kazımov fikrini tamamladı.


Qeyd edək ki, 13.5 milyon dollar həcmində kredit 2 illik müddətə illik faiz dərəcəsi 7% olmaqla ayrılmışdır. Sindikatlaşdırılmış kredit qismində ayrılmış maliyyə vəsaiti krediti alan təşkilatın xarici və yerli kreditorlar qarşısındakı maliyyə öhdəliklərinin yenidən maliyyəşdirilməsi üçün sərf olunacaq.

19.02.2018 07:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ