Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm”

Bu gün Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Özbəkistana səfər edəcək.

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti, qida, proqram təminatı, turizm, maliyyə, qablaşdırma, tekstil və başqa sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar.

 

Bu barədə "Marja"ya Konfedrasiyadan bildirilib.

 

Səfər zamanı Məmməd Musayevin Özbəkistanın iqtisadiyyat naziri Botir Xodjayev və bir sıra rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub. Azərbaycanlı iş adamları Daşkənd və Səmərqənd şəhərlərində yerli sahibkarlarla görüşlər keçirəcək.

 

Daşkənddə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

 

Səfərlə əlaqədar Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb.

 

ASK- nın fəaliyyəti haqqında ətraflı məlumat verən Məmməd Musayev bildirib ki,Konfederasiyanın əsas vəzifələrindən biri dövlət hakimiyyəti orqanları qarşısında sahibkarların mənafelərini müdafiə etməkdir.

 

Ölkədə sahibkarlığın inkişafına Azərbaycan hökumətinin dəstəyindən danışan Məmməd Musayev bildirib ki, son illər ölkədə texnoloji parkların yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi və islahatların aparılması sahibkarlığın inkişifına böyük təkan verib.

 

Xarici investisiyaların qorunmasında sahibkarlar üçün dövlət təminatının mühüm əhəmiyyət kəsb etdiyini deyən M.Musayev bildirib ki, investisiyaların təşviqi məqsədilə Azərbaycanda xarici investorlar üçün bir sıra güzəştlər müəyyən olunub.

 

Səfir isə öz növbəsində bildirib ki, Özbəkistanın yeni rəhbərliyi altında ölkədə prioritet sahələrin inkişafı ilə bağlı beş illik strateji plan qəbul olunub və bu istiqamətdə ölkəsinin Azərbaycan təcrübəsindən öyrənə biləcəyi çox şey var. Səfir qeyd edib ki, Özbəkistanda həyata keçirilən islahatlar həmçinin dövlət-özəl tərəfdaşlığının gücləndirilməsini və investisiya mühitinin yaxşılaşdırılmasını əhatə edir.

 

Diplomat Özbəkistan hökuməti adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verdiyini bildirib: “Diplomatik missiyanın rəhbəri olaraq şəxsən azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm,”- deyə səfir bildirib.

 

Qeyd edək ki, səfər Azərbaycan məhsullarının Özbəkistan bazarına daxil olması, iş adamlarımızın bu ölkənin şirkətləri ilə işgüzar əlaqələri qurmaq və Özbəkistanda investisiya mühiti ilə tanış olmaq məqsədi daşıyır.

19.02.2018 07:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ