Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“Azərsun" daha çox süd üçün hərəkətə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun" daha çox süd üçün hərəkətə keçib

“Azərsun Holdinq”ə məxsus Kürdəmir Süd Kompleksində Azərbaycanda ilk dəfə olaraq embrion köçürülməsi həyata keçirilib.

 

Bu elmi təcrübə Kürdəmir Süd Kompleksində yerli mütəxəssislər tərəfindən reallaşdırılıb və artıq embrion köçürülməsi hesabına iki buzov doğulub, daha üç heyvanının isə doğulması gözlənilir, yaxın zamanlarda isə bu təcrübənin daha da geniş tətbiq edilməsi nəzərdə tutulub. 


“Azərsun Holdinq”dən verilən məlumata görə, mütəxəssislər bu elmi təcrübə hesabına daha yaxşı genetik göstəricilərə malik heyvanların yetişdirilməsinin mümkünlüyünü qeyd ediblər.
 

Bu təcrübə hesabına təsərrüfatdan əldə edilən südün həcminin dəfələrlə artırılmasının mümkün olduğu bildirilib. 

 

Müəssisədə heyvanlara göstərilən xüsusi qulluq hesabına əldə olunan süd həcminin gündəlik 34 litrə qədər artırıldığını bildiriblər ki, bu da ölkəmiz üçün çox uğurlu göstəricidir.

 

Qeyd edək ki, Kürdəmir Süd Emalı Zavodu 2013-cü ildən fəaliyyətə başlayıb. Müəssisədə günlük süd , UHT-tetra pak süd, müxtəlif növ pendir və qatıq çeşidləri, ayran, meyvəli yoqurt, xama, kəsmik və qatılaşdırılmış süd istehsal olunur. Burada istehlakçılar tərəfindən çox yüksək qiymətləndirilən “Azərsüd”, “SuperMilky” və digər markalaların istehsalı həyata keçirilir. İllik istehsal gücü 40 000 ton olan müəssisənin xammal təminatı burada qurulmuş yüksək verimli cins mal-qaranın bəsləndiyi təsərrüfat və yerli fermerlərdən alınan süd hesabına təmin olunur. 

19.02.2018 10:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ