Pensiya islahatları ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix açıqlanıb
"Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə pensiya islahatları ilə bağlı qanun layihəsi daxil olub".
Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin ilk müzakirəsi komitənin fevralın 3-də keçiriləcək iclasında baş tutacaq: "Lakin ilk olaraq yanvarın 31-də bununla bağlı İşçi Qrupunun genişləndirilmiş tərkibdə iclası olacaq. Fevralın 3-də keçiriləcək komitə iclasında həm də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edəcək. Fevralın 14-də isə qanun layihəsinin plenar iclasa çıxarılması planlaşdırılır".
H.Rəcəbli deyib ki, komitə yaz sessiyasında iki layihənin müzakirəsini nəzərdə tutub: "Bunlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" və "Turizm haqqında" qanun layihəsidir. İkinci qanun layihəsini mart ayında plenar iclasa çıxarılması nəzərdə tutulub".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
11 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
11 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
12 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 12 saat əvvəl