Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“UnionPay International”ın direktoru Bakıda çıxış edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“UnionPay International”ın direktoru Bakıda çıxış edəcək

“UnionPay International”ın Mərkəzi Asiya və Qafqaz üzrə baş direktoru Zhang Chengdong 17-18 aprel tarixlərində Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzulu Beynəlxalq Bankçılıq Sərgi-Konfransında spiker kimi çıxış edəcək.



Zhang Chengdong öz professional kariyerasına 1998-ci ildə ZTE şirkətinin regional meneceri olaraq başlamışdır, 2003-cü ildə o öz təcrübəsini “Alcatel”ə daşımış və 2012-ci ildə Mərkəzi Asiya və Qafqaz üzrə baş direktor kimi “UnionPay International”a qatılmışdır. Maliyyə və telekommunikasiya sahəsində 20 ildən çox təcrübəsi nəticəsində, o ödəniş metodları və innovativ bank həllərinin tətbiqi sahəsində ekspert olmuşdur.



Çinin “UnionPay“ şirkətinin tərkib hissəsi olan “UnionPay International” global səviyyəli maliyyə təşkilatıdır. Azərbaycan da daxil olmaqla dünyanın 162 ölkəsində ödəniş sistemi kimi qəbul edilən “UnionPay International”ın ümumi kartlarının sayı 6 milyarddan çoxdur. “UnionPay International” yüksək keyfiyyətli, sərfəli və təhlükəsiz ödəniş sistemi təminatçısıdır.


Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

 

Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

 

Tədbir haqqında daha ətraflı məlumatı keçid vasitəsi ilə əldə edə bilərsiz.


https://www.youtube.com/watch?v=T66FYZgAbyE

19.02.2018 12:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ