Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Qala Sığorta”nın ödənişlərində böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta”nın ödənişlərində böyük artım

Azərbaycan sığorta bazarının ən aktiv şirkətlərindən olan “Qala Sığorta” 2018-ci ilin yanvar ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin yanvar ayında “Qala Sığorta” şirkəti tərəfindən 2 507 397 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 539 138 manat və ya 27,39% çoxdur.

 

Hesabat dövründə şirkətin yığımları ilə yanaşı ödənişlərinin həcmində də kəskin artım müşahidə olunub. Belə ki, ötən ayda şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 107 572 manata yaxın sığorta ödənişi verilib ki, bu da 2017-cı ilin analoji dövrünün rəqəmləri ilə müqayisədə 102 492 manat və ya təxminən 21 dəfə çoxdur.

 

Xatırldaq ki, 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra həmin şirkətin adı dəyişilərək “Qala Sığorta” ASC olmuşdur.

 

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir. İki illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, qısa zaman kəsiyində müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır. 

19.02.2018 12:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ