Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi müzakirə edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi müzakirə edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə 15 Fevral 2018-ci ildə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun ilk görüşü keçirilib.

 

Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və sığorta şirkətlərinin nümayəndələri, həmçinin bu sahə üzrə ekspertlər iştirak ediblər.

 

Görüş zamanı Azərbaycan Respublikası Strateji Yol Xəritələri və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələrək Palata tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, Palatanın təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin iştirakı ilə işçi qrup formalaşdırılmış, kənd təsərrüfatı sığortası sahəsində cari vəziyyətin diaqnostikası aparılmış, mövcud qanunvericilik təhlil edilmiş, beynəlxalq təcrübə araşdırılaraq öyrənilmişdir (ABŞ, Türkiyə, İspaniya, İsrail, Kanada, Avstriya və s.).

 

Görüşdə həmçinin, Türkiyə modeli olan “TARSİM”-in yerində öyrənilməsi, “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin hazırlanması məsələləri də müzakirə predmeti olub. Müzakirələrin yekununda sığortaçılar tərəfindən Qanun layihəsinə baxılaraq, qısa müddət ərzində rəy və təkliflərinin təqdim edilməsi qərara alınıb.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası mexanizminin yaradılması ilə bağlı tədbirlərin Palata tərəfindən icrasına dəstək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə İşçi Qrup formalaşdırılmışdır. İşçi Qrupuna Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi də daxil olmaqla, sığorta şirkətlərinin nümayəndələri, həmçinin, bu sahədə ekspert şəxslər daxil edilmişdir.

19.02.2018 12:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ