Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Enerjidə nəhəng iş birliyi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Enerjidə nəhəng iş birliyi

Rusiyanın enerji şirkəti "Novatek" ilə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" arasında, beynəlxalq neft-qaz layihələrində əməkdaşlığa dair müqavilə imzalanıb.
 
 
"Marja" xəbər verir ki, "Novatek"dən verilən açıqlamada, "Saudi Aramco" ilə beynəlxalq qaz layihələrində əməkdaşlığın artırılması, birgə sərmayələr məsələsində tam razılığa gəldikləri qeyd olunub.
 


Açıqlamada fikirlərinə yer verilən "Novatek"in rəhbəri Leonid Mihelson, Səudiyyə Ərəbistanı ilə qarşılıqlı faydalı strateji tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Reklam_3_11


 
"Novatek"in qaz və mayeləşdirilmiş qaz (LNG) layihələrinə dair təcrübəsinə işarə edən Mihelson, "Novatek-in strategiyası, beynəlxalq tərəfdaşların iştirakı ilə sürətli bir şəkildə LNG istehsalının artırılmasını nəzərdə tutur. Qaz bazarlarında "Saudi Aramco" kimi qlobal mənada əhəmiyyətli bir şirkətin bu layihələrə göstərdiyi marağı məmnuniyyətlə qarşılayırıq",-ifadələrini istifadə edib.


 
Rusiyanın ən böyük ikinci və müstəqil ən böyük qaz şirkəti olan "Novatek", son illərdə Yamal LNG layihəsi başda olmaq üzrə investisiyalarını əhəmiyyətli dərəcədə artırıb.

 

"Saudi Aramco" təxminən 5 trilyon dollarlıq bazar qiymətilə dünyanın ən böyük neft şirkəti mövqeyindədir. "Novatek" isə Rusiyanın ən iri müstəqil qaz istehsalçısıdır.
 

Bir müddət əvvəl Rusiyanın Birbaşa İnvestisiya Fondunun sədri Kiril Dmitriyev,  Rusiya və Çinin investisiya şirkətləri ilə birlikdə "Saudi Aramco"nun özəlləşdirilməsi prosesində iştirak etmək istədiklərini açıqlamışdı.

19.02.2018 13:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ