Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girsə, kimsə bizi dayandıra bilməz"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girsə, kimsə bizi dayandıra bilməz"

 

Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.

Reklam_3_11

 

İordaniyada səfərdə olan M. Çavuşoğlu keçirilən mətbuat konfransında deyib ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir.

 

Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur: “Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz”.

 

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.

19.02.2018 12:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ